H5

ilkin 40%
illik 14%

Rahatlıq və güc bir arada

Haval H5 - Macəra burada başlayır

Yeni HAVAL H5 hər macəranın başlanğıc nöqtəsidir. Möhkəm ramalı şassi, güclü tam ötürücü 4WD sistemi və yüksək yol klirensi bu tam ölçülü SUV-u şəhərdən kənar hər cür yol şəraitinə hazır edir. Palçıq, qum, daş və ya qar — Haval H5 dayanmır. Geniş salonu, müasir texnologiyaları və etibarlı mühərriki ilə həm gündəlik sürüş, həm də uzun səfərlər üçün ideal seçimdir.

Dizayn və xüsusiyyətlər

Eksteryer — güc, stil və xarizma

    • HAVAL H5 stilli və xarizmatik görünüşü ilə ilk baxışdan diqqət çəkir — praktikliyini və parlaq fərdi xarakterini isə hər detalda qoruyub saxlayır. Təsiredici xarici görünüş avtomobilin yoldakı gücünü və özünəinamını vurğulayır.

      Cəsur ön hissə, massiv xromlu radiator barmaqlığı, iti xətli LED faralar və aqressiv bamper həlli Haval H5-ə əsl yolsuzluq xarakteri qatır. Hündür gövdə xətti, möhkəm təkər arkaları və geniş yüngül ərinti disklər yol duruşunu daha da təsiredici edir. Arxa hissədə müasir LED stop-işıqlar və yüksək dözümlü ramalı şassi memarlığı həm estetikanı, həm də dözümlülüyü birləşdirir.

İnteryer — ailə üçün düşünülmüş hər detal

    • HAVAL H5-də sahibinə qayğı sürücü məkanının ergonomikasından başlayır. 12.3 düymlük multimedia ekranı və ön paneldə yerləşən rahat fiziki düymələr hər səfərdə diqqətin yolda qalmasını və maksimum rahatlığı təmin edir.

      Geniş salon sayəsində rahatlıq yalnız sürücüyə deyil, bütün sərnişinlərə şamil olunur. İkinci sıra oturacaqlar da eyni komfort səviyyəsində hazırlanıb: rahat oturuş üçün geniş arxa qapılar, artırılmış ayaq məsafəsi, söykənəcəyin bucağının tənzimlənməsi, USB portuoturacaqların isidilməsi — hər detal ailənizin yolda özünü evdəki kimi hiss etməsi üçün düşünülüb.

Təhükəsizlik ön planda

HAVAL H5-də təhlükəsizlik təkcə bir funksiya deyil — avtomobilin hər elementinin əsasını təşkil edən fəlsəfədir. Model möhkəm ramalı (body-on-frame) şassi üzərində qurulub. Bu konstruksiya həm ağır yol şəraitində dözümlülüyü, həm də toqquşma zamanı sərnişinlərin maksimum qorunmasını təmin edir. Yüksək möhkəmlikli polad konstruksiya zərbə enerjisini səmərəli paylayaraq salondakı təhlükəsizlik zonasını qoruyur.

Passiv təhlükəsizlik tərəfində avtomobil çoxsaylı airbag sistemi (ön, yan və tavan pərdə airbagləri), ABS + EBD əyləc sistemi, ESP elektron stabilləşdirmə proqramı, təpə başlama köməyi (HSA)təpə enmə nəzarəti (HDC) ilə təchiz olunub. ISOFIX uşaq oturacağı bərkidiciləri balaca sərnişinlərinizin də təhlükəsizliyini təmin edir.

 

Seçimini et
H5
Texniki Xüsusiyyətlər

Əsas xüsusiyyətləri

Mühərrik, 1967 sm³

Maksimum güc, a.g. (kVt) / dövr/dəq 200 (147) / 4400–5500

Sürətlər qutusu, 8-pilləli, hidro-mexaniki avtomatik, manual

rejim imkanı ilə)

Ötürücü, Qoşulan tam ötürücü 4WD (Part-time)

Ölçülər mm, 5190 × 1905 × 1835 (U x E x H)

Təkər bazası, 3140 mm

Klirens, 200 mm

Çəki, 2745 kq

Baqaj həcmi, (2 / 5 yerli konfiqurasiyada), L. 2116 / 1240

Çənin tutumu, 80l

Eksteryer

Mühərrik və yanacaq çəninin qoruyucu altlığı

Panoram şüşə tavan lyuk ilə, elektrik pərdəsi

Sabit yan ayaqaltılar

LED faralar və gündüz hərəkət işıqları

Faraların gecikmə ilə sönməsi funksiyası (Follow-me-home)

Yağış və işıq sensoru

İnteryer

Oturacaqlar – 5 yerlik

Dəri oturacaqlar

Ön və arxa oturacaqların isidilməsi (2-ci sırada sağ və sol)

Sərnişin oturacağının 4 istiqamətdə mexaniki tənzimlənməsi

İkinci sıra oturacaqların arxa dayaq bucağının tənzimlənməsi

Sürücü oturacağının 6 istiqamətdə elektrik tənzimlənməsi

Arxa görüntü güzgülərinin isidilməsi və elektrik tənzimlənməsi

Ön şüşənin, arxa şüşənin və şüşəyuyan püskürdücülərin elektrik

isidilməsi

Sükan çarxının isidilməsi

Klimat-kontrol

Açarsız giriş (sürücü tərəfi), mühərrikin start düyməsi

Uzaqdan idarəetməli mərkəzi kilid, 1 smart açar, 1 mexaniki açar

Elektromexaniki park əyləci EPB, AutoHold funksiyası ilə

Sükanın hündürlüyə görə tənzimlənməsi

Sükanaltı sürət dəyişmə petəkləri

Arxa park sensorları

Ön sərnişinlər üçün 12V giri

Salon güzgüsündə videoregistrator üçün USB çıxışı

4 qapı üçün elektrik şüşəqaldıranlar, avtomatik bağlanma

funksiyası ilə

Dəyişən güclü elektrik sükan gücləndiricisi, rejim seçimi imkanı ilə

Təhlükəsizlik

Aşağı ötürmə (reduktor)

Arxa ox üçün özünübloklayan diferensial

Tam ötürücü rejimlərinin mexaniki düymələrlə idarəsi (2H, 4H, 4L)

Yoxuşda hərəkətə başlama köməkçisi (Hill Start Assist)

Hərəkət sabitliyi sistemləri: ABS, ESC, EBD

Təcili əyləcləmə zamanı gücləndirici BAS

360° panoram baxış kamerası

Ön və yan hava yastıqları

Ön oturacaqlar üçün təhlükəsizlik kəmərinin taxılmaması barədə

xəbərdarlıq

Arxa oturacaqlarda ISOFIX bərkidiciləri

Qəza zamanı yanacaq və yağ verilişinin avtomatik bloklanması

Arxa qapılar üçün uşaq kilidi

Adaptiv kruiz-kontrol ACC, tıxacda hərəkət funksiyası TJA və ağıllı kruizkontrol ICA

Toqquşma xəbərdarlığı FCW, avtomatik əyləcləmə AEB, yol nişanları /

piyadalar / velosipedçilərin tanınması TSR

Kor zonaların nəzarəti, zolaq dəyişmə xəbərdarlığı

Zolaqdan çıxma xəbərdarlığı LDW, zolağa qaytarma LKA və zolağın

mərkəzində saxlama LCK

“Zolaqda manevr” funksiyası Smart Dodge

Arxa hərəkət zamanı parkinqdən çıxış köməkçisi RCTA, əyləcləmə

funksiyası RCTB ilə

Arxadan toqquşma xəbərdarlığı RCW

Qapı açılarkən xəbərdarlıq DOW

Şassi

Ön asqı: Müstəqil, qollu, hidravlik teleskopik amortizatorlarla,

eninə dayanıqlıq stabilizatoru ilə

Arxa asqı: Asqılı, qollu, hidravlik teleskopik amortizatorlarla, eninə

dayanıqlıq stabilizatoru ilə

Multimedia

Android Auto / Apple CarPlay

Bluetooth dəstəkli multimedia sistemi

USB girişləri: ön tərəfdə x2, arxa tərəfdə x1

Yüksək sensorlu ekran, 12,3"

Rəngli rəqəmsal cihazlar paneli, 3,5" ekran

6 dinamikli audio sistem (gücləndirici daxil olmaqla)

  • Test yürüşünə yazıl
    İndi sınaq yürüşünə yazılaraq həyəcanı yaşayın!
    Sürüşə başla!
  • Xüsusi Təkliflər
    GWM-in ən son təkliflərini kəşf edin.
    Təkliflərə bax
  • 360
    Virtual Tur 360
    Salonumuza öz evinizin rahatlığında baxın
    Salona keç
  • Servis
    İstənilən sualla xidmət mərkəzimizdə kömək etməyə hazırıq
    Ətraflı
Bizi izləyin
Open calculator